ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Ermənistan mətbuatı xəbər verir ki, Pelosi ilə danışıqlarda ikitərəfli maraq doğuran mövzular müzakirə olunub.
Pelosi İrəvana sentyabrın 17-də səfər edib. Amerikalı siyasətçi baş nazir, parlamentin spikeri, eləcə də müxalifət nümayəndələri ilə görüşlər keçirib.