Gürcüstan polisi səfirliyimizə qarşı yürüş edən ermənilərin qarşısını kəsdi - FOTO

Gürcüstan polisi səfirliyimizə qarşı yürüş edən ermənilərin qarşısını kəsdi - FOTO backend

Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüşə etmək istəyiblər.

Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Polislə aparılan danışıq cəhdi də baş tutmadığından ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.

Diaspora