Zaporojye Atom Elektrik Stansiyası yenidən Ukraynanın elektrik şəbəkəsinə qoşulub.
Musavat.com-un xəbərinə görə, bu barədə sentyabrın 17-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) məlumat verib.
Mühəndislər münaqişə zamanı zədələnmiş dörd əsas elekrik xəttindən birini təmir etdikdən sonra AES yenidən milli şəbəkədən elektrik enerjisi alır”, - deyə məlumatda bildirilir.
Sentyabrın 11-də AES-in altıncı enerji blokunun söndürüldüyü və stansiyanın fəaliyyətinin tamamilə dayandırıldığı bildirilib.