Dünyanın 10 ən böyük ordusundan birinə sahib olan İtaliya bu gün hərbi baxımdan gələcək planlarının cədvəlini dərc edib.
Musavat.com xəbər verir ki, cədvəldə İtalyanların Türkiyənin istehsal etdiyi Bayraktar TB2-ni çox kritik bir nöqtəyə yerləşdirdiyi görülüb.
Baykar istehsal etdiyi PUA-lar ilə adından söz etdirməyə davam edir. Bayraktar daha çox döyüşlərdəki uğurları ilə yadda qalsa da, son zamanlar böyük ölkələrdən gələn tələblərlə gündəmdədir. Bu gün NATO-nun ən böyük hərbi güclərindən biri olan İtaliya Bayraktar TB2 PUA-larını almaq üçün can atdığını göstərib.
İtaliyanın Bayraktar TB2-ni istədikləri bu gün nəşr olunan gələcək planlar haqqında məlumat siyahısında ortaya çıxıb. Sözügedən siyahıda SAMP/T hava hücumundan müdafiə raketlərindən tutmuş IAI Harop kamikadze dron sisteminə qədər bir çox məhsulların şəkilləri var. Onların arasında ən çox diqqət çəkəni Bayraktar TB2 olub.
Bu ixrac reallaşarsa, İtaliya Bayraktar TB2 alan 3-cü NATO ölkəsi olmaqla yanaşı, həm də ən böyüyü olacaq. Çünki Polşa və Rumıniya alyansın dibində olduğu halda, İtaliya həm NATO, həm Aİ, həm də dünyanın ən yaxşı 10 ordusu arasındadır.