Ukrayna hərbçiləri Kupyansk şəhərini tamamilə azad edib - FOTO - VİDEO

Ukrayna hərbçiləri Kupyansk şəhərini tamamilə azad edib - FOTO - VİDEO backend

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib.

Onlar Rusiya qoşununu şəhərin sol sahil hissəsindən darmadağın edərək çıxarıblar.

Qaziler.az  “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə KRAKEN hərbi bölməsinin komandiri Sergey Veliçko bildirib.

"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi", - Veliçko qeyd edib.

S.Veliçko əlavə edib ki, çayın sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.

Şəhərin bir hissəsinin azad olunması barədə ilk məlumat sentyabrın 10-da yayılıb.

Diaspora