İrəvanda etirazlar: Parlamentə hücum oldu - VİDEO

İrəvanda etirazlar: Parlamentə hücum oldu -  VİDEO backend

İrəvanda etirazçılar Ermənistan parlamentinin qapısını sındırmağa cəhd ediblər.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Belə ki, ölkədə hakimiyyət əleyhinə yeni etiraz aksiyaları başlayıb.

Aksiya Ermənistan parlamentinin binası yaxınlığında keçirilir.

Aksiya iştirakçıları hakimiyyəti Ermənistanın maraqlarına əməl etməməkdə ittiham edirlər. Etirazçılar “Get!” şüarları səsləndirirlər.

Qeyd edilir ki, hökumət binası yaxınlığında da etiraz aksiyası keçirilir.

Eyni zamanda, cəbhədə döyüşlər davam edir.

Diaspora