Zelenski azad edilmiş İzyum şəhərində - FOTO

Zelenski azad edilmiş İzyum şəhərində - FOTO backend

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Ukrayna ordusu tərəfindən azad edilmiş İzyum şəhərinə səfər edib.

Ukrayna prezidenti Vladimir Zelenski işğaldan azad edilmiş İzyuma gəlib və burada Ukrayna bayrağının qaldırılması mərasimində iştirak edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna 25-ci Əlahiddə Desant Siçeslav Briqadasının Facebook səhifəsinə istinadən xəbər verir.

"Bu gün Ukrayna desantlarının azad etdiyi İzyumda Ukrayna bayrağı qaldırılıb. Mərasimdə Ukrayna prezidenti Vladimir Zelenski, müdafiə nazirinin müavini Anna Malyar, Ukrayna Silahlı Qüvvələrinin və digər hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər". deyir.

Diaspora