Ukrayna Silahlı Qüvvələri İran dronunu vurub - Rusiya belə silah tədarükünü inkar edir

Ukrayna Silahlı Qüvvələri İran dronunu vurub - Rusiya belə silah tədarükünü inkar edir backend

"Bu kamikadze-dronlar düşmən müdafiəsunin dərinliyində radarlara və artilleriyaya hücum etmək qabiliyyətinə malikdir..."

Rusiya İrandan zərbə pilotsuz uçuş aparatları əldə edib və Ukrayna ərazisində döyüş əməliyyatlarında artıq istifadə edir.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri (USQ) strateji kommunikasiyalar İdarəsi məlumat verib.

 

İdarənin məlumatına görə, Xarkov vilayətində Kupyansk şəhəri yaxınlığında USQ pilotsuz uçuş aparatını vurub və böyük ehtimalla bu dron İranda istehsal edilib.

 

"Pilotsuz uçuş aparatının xarici görünüşünün təhlili bunu təsdiq etməyə əsas verir ki, USQ ilk dəfə olaraq İran PUA-sını məhv edib. Söhbət uzaqvuran "Şəhid-136" PUA-kamikadzedən gedir, - məlumatda belə deyilir.

 

Ukraynanın "Militarnı" portalı yazır ki, vurulan PUA-da kiril əlifbası ilə "M214 Qeran-2" sözləri yazılıb, "lakin onun korpusu İran kamikadze-dronu ilə eynilik təşkil edir.

 

Amerika kəşfiyyatının məlumatına görə, Rusiya avqustun ortalarında İrandan Ukraynada müharibə üçün ilk partiya zərbə PUA-ları əldə edib.

 

Rusiya hərbçilərinə "Muhacir-6" və "Şəhid" seriyalı iki uçuş aparatı göndərilib, onlar düşmən müdafiəsinin dərinliyində radarlara və artilleriyaya hücum edə bilir. İran belə məlumarları "informasiya təxribatı" adlandırıb.

 

Ötən həftə ABŞ İranı Rusiyaya Ukraynada müharibədə istifadə etmək üçün PUA-lar tədarükündə ittiham edib və dronların İran istehsalçıları və hava daşınmalarına xidmət edən şirkətlərə qarşı sərt sanksiyalar tətbiq edib.

Diaspora