Luqansk belə azad ediləcək - Qayday AÇIQLADI

Luqansk belə azad ediləcək - Qayday  AÇIQLADI backend

Donetsk vilayətinin Liman şəhərinin azad edilməsindən sonra Luqansk vilayətinin azad edilməsi prosesi başlaya bilər.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Luqansk vilayətinin rəhbəri Sergey Qayday deyib.

"Liman azad edildikdən sonra estafeti öz əlimizə alacağıq. İşğalın aradan qaldırılması yaxındır. Döyüş əməliyyatlarının yaxınlaşmasını eşidin - sığınacaqlarda qalın! Yaşayış məntəqələrinin adını çəkə bilmərik, amma yerli sakinlər məni başa düşəcəklər", - deyə o qeyd edib.

Qaydayın sözlərinə görə, rus əsgərləri Ukrayna silahlı qüvvələrinin hücumu ərəfəsində qarətlə məşğuldur və qaçmağa hazırlaşırlar:

"Partizanların qaldırdıqları Ukrayna bayraqları olduğu yerdə qalıb. İşğalçılar və yerli əlaltıları onları endirməyə cəsarət etmirlər".

Diaspora