Məşhur Amerika yazıçısı Ukrayna Silahlı Qüvvələrinin uğurunu emosional formasa şərh edib...
"O, müharibə başlanandan Ukraynaya öz simpatiyasını ifadə edib və Rusiyanı terrorçuluqda ittiham edib..."
Məşhur Amerika yazıçısı, "vahimələr kralı" Stiven Kinq Ukraynanın Xarkov vilayətindəki əks hücumuna dəstək verərək, kifayət qədər emosional şəkildə son xəbərləri şərh edib.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
"Ukraynalılar rusların ombasını dağıdır! Ukraynaya eşq olsun!", - o, öz fikrini belə ifadə edib.
Müharibə başlanandan Kinq Ukraynaya öz simpatiyasını ifadə edib.
Kremençuka raket zərbəsindən sonra o, Rusiyanı terrorçuluqda ittiham edib.
Xatırladaq ki, bundan öncə Ukrayna ordusunun Xarkov vilayətinin mühüm strateji obyekti olan Kupyansk şəhərinin azad etdiyi, habelə Rusiya qoşunlarının İzyum şəhərindən geri çəkildiyi barədə məlumat yayılıb.
Hazırda ukraynalı və rusiyalı hərbi blogerlər yazır ki, Ukrayna Siahlı Qüvvələri Şimali Donets çayını keçib və Liman şəhərinə hücum edir.