Kupyanskın azad edilməsi Ukrayna Silahlı Qüvvələri üçün çox vacibdir. Çünki bu, Rusiya qoşunlarının İzyum qrupunun maddi-texniki təminatını tamamilə dayandıracaq.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Kupyanskda dəmir yolu və yolların kəsişməsi olduğu üçün bura İzyum qruplaşmasının əsas logistika mərkəzidir. Bu şəhərin azad edilməsi faktiki olaraq rus qoşunlarının İzyum qruplaşmasının maddi-texniki təminatını tamamilə kəsəcək və bu halda onların İzyum dəstələri qoşunlarımız tərəfindən operativ mühasirəyə alınacaq”, - Jdanov bildirib.