Rusiya Xersona çeçenlərdən ibarət hərbi qruplaşma gətirib – FOTO

Rusiya Xersona çeçenlərdən ibarət hərbi qruplaşma gətirib – FOTO backend

Xerson vilayətinin Rusiyanın nəzarətində olan ərazilərinə Çeçenistanın hərbi hissəsi gətilirib.

Azpost.info bildirir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı sosial şəbəkədəki rəsmi səhifəsində bildirib.

Məlumatda deyilir ki, “Kadırovçular” adlanan çeçen döyüşçüləri işğalda olan yerlərdə yerləşdirilib: “Xerson vilayətində Rusiya qruplaşmalarını gücləndirmək üçün milli əlamət üzrə formalaşdırılmış 1300 nəfərlik “kadırovçu” hərbi hissə gətirilib”-deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Ukrayna ordusu Xerson istiqamətində əks-hucuma keçib. Sentyabrın 8-də Xarkov vilayətinin bir sıra əraziləri, o cümlədən Balakleyi şəhəri azad edilib.

Diaspora