Qarabağ ermənisi tam məxfi məlumatların Azərbaycana ötürülməsində ittiham olunur

Qarabağ ermənisi tam məxfi məlumatların Azərbaycana ötürülməsində ittiham olunur backend

Qarabağ ermənisi dövlətə xəyanətdə və tam məxfi məlumatları Azərbaycana ötürməkdə ittiham olunub, bu barədə qondarma qurumun "istintaq komitəsi" xəbər verir.

 

Bu il mayın 28-də qondarma qurumun "istintaq komitəsi" tərəfindən dövlətə xəyanətlə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı çərçivəsində məlum olub ki, 2021 və 2022-ci illərdə  Facebook vasitəsilə Azərbaycan kəşfiyyatının nümayəndəsi ilə əlaqə yaradan və 1977-ci ildə anadan olan A.A . rəqib ölkənin nümayəndəsinin dəvəti və onların hesabına müxtəlif xarici şəhərlərə gedib.

 

Orada onunla və onun rəhbərliyi ilə görüşlərdə, müəyyən aylıq əmək haqqı müqabilində, orada quraşdırılmış xüsusi proqramla hədiyyə etdikləri “Iphone 11” smartfonu vasitəsilə Azərbaycan kəşfiyyatına tələb olunan məlumatları ötürməyə razılaşıb. Bundan sonra və aşkarlanana qədər o, bahalı hədiyyələr və müvafiq aylıq pul müqabilində onların tələb etdikləri, dövlət sirrini əks etdirən tam məxfi məlumatları və digər məlumatları Azərbaycan kəşfiyyatının nümayəndəsinə təhvil verib.

 

Kifayət qədər sübutlar müqayisə edilərkən A.A. təqsirləndirilən şəxs qismində dövlətə xəyanətdə, dövlət sirrini ehtiva edən məlumatların xarici dövlətin nümayəndələrinə verilməsində və onların  ərazi bütövlüyünün və ya xarici təhlükəsizliyinin zərərinə istifadə etməkldə, ictimai təhlükəli əməl törətməkdə və casusluqda ittiham olunur.

 

"Birinci instansiya məhkəməsi" onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatəti təmin edib. Bu cinayət işi üzrə ibtidai istintaq sentyabrın 9-da başa çatıb, materiallar ittiham aktının təsdiq edilməsi üçün ibtidai istintaqa nəzarət edən prokurora göndərilib.

Diaspora