Türkiyə Prezidenti: "Ukraynadakı müharibə yaxın vaxtda bitənə oxşamır"

Türkiyə Prezidenti: "Ukraynadakı müharibə yaxın vaxtda bitənə oxşamır" backend

“Rusiya ilə Ukrayna arasında daim balanslı olmağa çalışdıq. Bundan sonra da belə olacaq”.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya dövlət başçısı Aleksandar Vuçiçlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Qərbin indiki münasibətini doğru hesab etmirəm. Çünki Qərbin siyasəti təhrik üzərində qurulub. Belə olan halda nəticə əldə etmək mümkün deyil. Müharibənin məğlubu çoxdur. Qalibi isə yoxdur. Kimlərsə Ukraynaya maliyyə yardımı etdiyini deyir. Bəs hanı o vəsait?! Mən Rusiyanın və ya Ukraynanın qalib olduğunu deyə bilmərəm. Biz müharibənin bitməsini istəyirik. Amma savaş yaxın vaxtda başa çatana oxşamır. Qeyd edim ki, Rusiya xəfifə alınası ölkə deyil”, - o söyləyib.

Diaspora