"Ukrayna ordusu yalnız Xerson vilayətində əks-hücum düşünmür. Müdafiəçilər müxtəlif istiqamətlərdən əks-hücuma keçəcəklər"
Qaziler.az "RBK-Ukraina"ya istinadən bildirir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski ABC NEWS telekanalına müsahibəsində deyib.
Jurnalistin Ukrayna hərbçilərinin niyə məhz Xerson vilayətində əks-hücum əməliyyatına başlaması haqda sualına cavab olaraq ölkə başçısı bunları qeyd edib: "Mən demirəm ki, əks-hücum yalnız Xersondadır... İstiqamət və ya çox sayda müxtəlif istiqamətlər var. Biz irəliləməliyik".
Eyni zamanda, Zelenski bildirib ki, heç bir hərbi əməliyyatın təfərrüatları barədə danışmaq istəmir.
“Mən istəyirəm ki, düşmən bizdən sürprizlər alsın" - deyə o vurğulayıb.
Zelenski qeyd edib ki, çox çətin müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir.