"Kadırov gözəl anlayır ki, Çeçenistanın yarısı onun qan düşmənləridir..."

"Kadırov gözəl anlayır ki, Çeçenistanın yarısı onun qan düşmənləridir..." backend

"Kadırovu ciddi çeçenlər qətlə yetirəcək, qoy alnında dairə həkk etsin..."

 

"Kadırov Çeçenistanda hakimiyyətini itirərsə, həyatdan məhrum olacaq..."

 

Çeçenistan lideri Ramzan Kadırov bu yaxınlarda öz postunu tərk edəcəyi barədə bəyanat verib.

 

O gözəl anlayır ki, respublikada onu aradan götürmək istəyən çoxsaylı düşmənləri var.

 

Moderator.az xəbər verir ki, bu barədə rusiyalı müxalif siyasətçi Gennadi Qudkov "Freedom" kanalının efirində danışıb. 

 

"Kadırov gözəl anlayır ki, Çeçenistanın yarısı onun qan düşmənləridir", - Qudkov buna əmin edib və qeyd edib ki, Kadırovu salamat buraxmayacaqları haqqında bəyan edən çeçenləri şəxsən tanıyır.

 

"Mən bir çox ciddi çeçenlər tanıyıram, onlar quldur deyil. Onlar siyasilərdir, elitadır, ciddi klanlara mənsubdur. İş elə gətirib ki, həyatda uzun illər onları tanımışam. Onlar deyirlər ki, biz ona yaşamağa imkan verməyəcəyik:

 

 "Biz xalqımıza, insanlarımıza, klanlarımıza pislik edən adama yaşamağa imkan verməyəcəyik. Biz bu məsələni özümüz həll edəcəyik" - Qudkov Çeçenistandakı tanışlarından iqtibas gətirib.

 

"Mən oradakı obyektiv vəziyyəti yaxşı anlayıram, xalqın ona nifrəti çox böyükdür" - rusiyalı müxalifətçi əminliyini ifadə edib.

 

O qeyd edib ki, Kadırov Çeçenistanda hakimiyyətini itirərsə, həyatdan məhrum olacaq.

 

"Mən səhv edə bilərəm, Çeçenistanı o qədər də yaxşı tanımıram, lakin mənim tanıdığım, Rusiya və Ukraynada da tanınan insanlar Kadırova hakimiyyətini itirəcəyi təqdirdə heç bir şans verməyəcək. Bunlar mənə qəribə gəlsə də, mən bunu Çeçenistanda bir çox ciddi adamlardan eşitmişəm".

 

Kadırova Moskvada yeni yüksək vəzifə verilməsi haqqında şayiləri şərh edərkən Qudkov əmin edib ki, bu, az ehtimaldır. 

 

"Mən ümumiyyətlə anlamıram ki, Rusiya hakimiyyəti onunla nə edə bilər", - Qudkov deyib.

 

Kadırovun işğal olunmuş Ukrayna ərazilərində hər hansı bir vəzifəyə gətirilməsi haqqında versiya Qudkovda təbəssüm doğurub.

 

"O zaman o gərək alnında bir dairə həkk etsin ki, bütün dünya snayperləri onu hədəfə alsın", - rusiyalı müxalifətçi bəyan edib.

Diaspora