Bayraktar: “Avropada Türkiyə istehsalı olan zərbə dronlarına maraq artır”

Bayraktar: “Avropada Türkiyə istehsalı olan zərbə dronlarına maraq artır” backend

"Ukraynadakı müharibə Avropa ölkələrinin “Bayraktar TB2” və “Bayraktar Akıncı” kimi pilotsuz zərbə dronlarına tələbatın artmasına səbəb olub".

"Report" xəbər verir ki, bunu "Anadolu"ya açıqlamasında Kölzdə keçirilən MSPO 2022 beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün Polşada səfərdə olan "Baykar Makina" şirkətinin Baş direktoru Haluk Bayraktar deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət hazırda qitənin bir sıra ölkələri ilə danışıqlar aparır.

O, “Baykar Makina”nın “Bayraktar TB2” ilə bağlı 24, “Bayraktar Akıncı” ilə bağlı 4 ölkə ilə müqavilə imzalandığını bildirib.

Xatırladaq ki, Polşa Prezidenti Anjey Duda hazırlıq işlərinin yekunlaşdığı sərgi ərazisində yerləşən “Baykar” stendinə baş çəkib. Polşa rəhbərinə "Bayraktar TB2"nin xüsusiyyətləri və imkanları barədə məlumat verilib. 

Diaspora