Rusiya ordusu Krımın müdafiəsini artıq Moskva və Sankt-Peterburqdan gətirilən çağırışçılarla gücləndirməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, Moskva və Leninqrad vilayətlərinin, o cümlədən Rusiya Federasiyasının paytaxtı və Sankt-Peterburq şəhərlərinin hərbi komissarlıqları yerli sakinlərin kütləvi şəkildə hərbi xidmətə çağırılması ilə bağlı göstərişlər alıblar.
Məlumata əsasən, gizli səfərbərlik zamanı çağırılan moskvalılar və peterburqlular Krımda yerləşən hərbi hissələri tamamlamalıdırlar.
Bundan əlavə, müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının ərazisində yerləşən Rusiya Federasiyasından hərbi hissələrin doldurulması və Krım yarımadasının müdafiəsinin gücləndirilməsi məqsədilə Cənub Hərbi Dairəsinin komandanı, ordu generalı Aleksandr Dvornikovun əmri ilə ilkin dövrdə yarımadaya 1200 çağırışçı göndəriləcək.