Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan ABŞ-ın bu ölkədəki səfirinin müavini Çip Leytinent ilə bu gün görüşüb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Bildirilib ki, görüşdə ABŞ səfirliyinin hərbi attaşesi Qriqor Payps da iştirak edib.
“Amerika tərəfinin xahişi əsasında Asryan operativ vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan sərhədindəki son proseslər, Laçın dəhlizi və Qarabağ haqda məlumat təqdim edib”, - xəbərdə qeyd olunub.
Tərəflər həmçinin hərbi tibb, sülhməramlı və hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, ötən gün saat 20:00-dan etibarən Laçın dəhlizi tam bağlanıb. Ermənilərin Xankəndiyə firiş-çıxışı isə yeni yola keçirilib.