Müharibəni Öyrənən İnstitut: Kreml Ukrayna Silahlı Qüvvələrinin hücumu fonunda Rusiyanın uğurlarının görüntüsünü yaratmağa ümidsiz cəhdlər edir...
"Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin 6 km dərinliyinədək irəliləyib, rusiyalıların ilk müdafiə xəttini uğurla yarmağa müvəffəq olub..."
"Yaxın günlərdə Rusiyanın logistika üzrə səyləri zəifləyəcək..."
"Xerson vilayətinin işğalçı hakimiyyəti sakinlərə qaçmağa yox, sığınacaq axtarmağa çağırış edib..."
Kreml qəsdən Ukrayna Silahlı Qüvvələrinin (USQ) irəliləməsi barədə etinasız bəyanatlar verərək, Rusiyanın Ukraynada geniş hərbi uğurları görüntüsünü saxlamağa cəhd edir.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibəni Öyrənən İnstitutunun (ISW) yeni hesabatında deyilir.
Analitiklər qeyd edir ki, Ukraynanın rəsmi şəxsləri USQ-nin avqustun 29-da Xerson istiqamətində hücumunun təfsilatları barədə məlumat vermir, hər hansı yaşayış məntəqələrinin azad edilməsini təsdiqləmir.
Lakin Qərbin bəzi KİV-ləri məlumat verib ki, Ukrayna qüvvələri "Xersondan qərbə və şimal-qərbə doğru, İnqulets çayı və Xerson-Dnepropetrovsk trasından cənuba doğru Ukrayna platsdarmı yaxınlığında yerləşən bir sıra yaşayış məntəqələrini" azad edib.
Əkshücumu rusiyalı blogerlər də gizlətmir və bəyan edir ki, USQ vilayətin 6 km dərinliyinədək irəliləyib.
Bu fonda Kreml etinasız bəyanatlar verərək, ukraynalıların cənub cəbhəsindəki qələbələrini özünün, guya, hərbi uğurları və USQ-nin böyük itkiləri barədə "feyk" məlumatlarla ört-basdır etməyə cəhd edir.
Rusiya KİV-ləri həmçinin əvvəlcə Xersondan dinc insanların təxliyəsi barədə dümanlı xatırlatmalar edərək, sonradan məlumat verib ki, Xerson vilayətinin işğalçı hakimiyyəti sakinlərə qaçmağa deyil, sığınacaqlar axtarmağa çağırış edib", - ISW bəyan edir.
Bu zaman ukraynalılar Rusiya ordusu qruplaşmasının təchizat yollarına kifayət qədər uğurlu zərbələr endirməkdə davam edir.
Xerson ətrafındakı körpülərin vəziyyətini peyk şəkillərindən dəyərləndirən analitiklərin məlumatına görə, hal-hazırda döyüş sursatı və texnikanın gətirilməsi üçün əsas yollar istismar edimir.
Rusiyalılar USQ-nin əkshücumuna müqavimət göstərmək üçün təchizatı Xerson tərəfə şimal istiqamətində ponton keçidlə həyata keçirməyə cəhd edir.
Lakin Rusiya tərəfdən itkilərin doldurulmasının bu üsulu effektiv deyil və Ukraynanın zərbələrinə həssasdır", - ISW məlumat verib.
Mariupolun meri Pyotr Andryuşşenkodan iqtibas gətirərək, analitiklər yazır ki, yaxın günlərdə Rusiyanın Mariupol dəmiryolu tranzitindən asılı olan logistika üzrə səyləri böyük ehtmalla elektrik təchizatının olmaması, stansiya kranlarının zədələnməsi və dəmir yolu sahəsini su basması səbəbindən zəifləyəcək.
Xatırladaq ki, avqustun 29-da USQ rusiyalılar tərəfindən zəbt edilən Xerson vilayətində bir çox istiqamətlərdə hücum əməliyyatlarına başlayıb, rusiyalıların bir neçə yerdə ilk müdafiə xəttini uğurla yarmağa müvəffəq olub.
Berislav rayonunda rusiyalı hərbçilərin maşınqayırma zavodundakı bazası partladılıb, rusiyalıların döyüş sursatı olan məntəqəsinə zərbələr endirilib.
Hərbi icmalçı, ehtiyatda olan polkovnik Oleq Jdanov bəyan edib ki, rusiyalılar geri çəkilməyə məcburdur, çünki müdafiə üçün imkanları azdır.