Ukrayna müdafiə xərclərini yenidən artırır

Ukrayna müdafiə xərclərini yenidən artırır backend

Ukrayna parlamenti ölkənin müdafiə xərclərini yenidən artırmağa hazırlaşır.

“Report” xəbər verir ki, bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xərcləri üçün əlavə 2 milyard qrivna (təxminən 53,9 milyon dollar - Red) məbləğində vəsait ayrıla bilər.

Ukraynalı deputat deyib ki, yeni maliyyənin mənbəyi daxili borclanma olmalıdır. Onun fikrincə, müvafiq qanun layihəsinə parlamentin növbəti iclasında baxılacaq.

Diaspora