Rusiya Ukraynanı yenidən Zaporojye və Xmeltinski AES-lərini atəşə tutmaqda ittiham edib

Rusiya Ukraynanı yenidən Zaporojye və Xmeltinski AES-lərini atəşə tutmaqda ittiham edib backend

Rusiya Hava Kosmik Qüvvələri Slavyansk da Ukrayna Silahlı Qüvvələrinin briqadasının müvəqqəti yerləşdirmə məntəqələrini vurub.

Apa-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Nəticədə Ukrayna tərəfi 150-yə qədər itki verib. Qeyd olunub ki, ötən sutka ərzində Slavyansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan təlim mərkəzində təlim keçən 100-ə qədər millətçi öldürülüb. Artemovskda Ukraynanln müdafiə briqadasının itkiləri şəxsi heyətin 60%-ni ötüb. Artemovsk yaxınlığındakı itkilərdən sonra Ukrayna Silahlı Qüvvələrinin 241-ci Ərazi Müdafiə Briqadası yenidən komplektləşdirilməsi üçün Kiyevə geri qaytarılıb.

Rusiya Hava Kosmik Qüvvələri ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus helikopterlərin təmiri ilə məşğul olan Zaporojyedəki “Motor Siç” zavodunun sexlərinə zərbələr endirib: “Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində Ukraynanın 6 ədəd pilotsuz uçuş aparatını, 28 ədəd “Olxa” və HIMARS reaktiv yaylım atəşi sisteminin mərmisini, həmçinin “Toçka-U” ballistik raketini vurub".

Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfini yenidən Zaporojye və Xmeltinski AES-lərini atəşə tutmaqda ittiham edib:

"Ukrayna artilleriyası Dnepropetrovsk vilayətinin Maryevka rayonundan Xmelnitski AES-ni atəşə tutub və RF Silahlı Qüvvələrinin cavab atəşi ilə susdurulub. Ukrayna Silahlı Qüvvələri Zaporojye AES-i ötən gün ərzində iki dəfə atəşə tutub, nüvə yanacağı və radioaktiv tullantıların olduğu xüsusi binanın ərazisinə üç mərmi düşüb. Ukrayna Silahlı Qüvvələrinin atəşə tutulmasından sonra texniki heyət Zaporojye AES-in texniki vəziyyətinə nəzarət edir, həmin ərazidə radiasiya vəziyyəti normaldır".

Diaspora