Liviyanın paytaxtı Tripolidə baş verən silahlı toqquşmalarda ölənlərin sayı artıb
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd olunub ki, Tripolidə iki silahlı qrup arasında baş verən toqquşmalarda ölənlərin sayı 23-ə, yaralıların sayı isə 140-a çatıb.
ABŞ-ın Tripolidəki səfirliyi qeyd edir ki, paytaxtda mülki əhalinin ölümü ilə nəticələnən şiddətli toqquşmalardan dərin narahatdır.
***
Liviyanın paytaxtı Tripolidə baş verən qarşıdurmalarda azı 12 nəfər ölüb.
Bu barədə şənbə günü ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, daha 87 nəfər xəsarət alıb.
Qeyd olunur ki, təcili yardım maşınları iqtişaşların olduğu ərazilərə daxil ola bilməyib, 6 xəstəxanaya ziyan dəyib.
Qeyd edək ki, paytaxtdakı qarşıdurmalar şənbə gününə keçən gecə başlayıb. Abdel Hamid Dbeybanın başçılıq etdiyi Tripoli hökuməti rəqib baş nazir Fəthi Başağanı paytaxtı ələ keçirməklə hədələməkdə ittiham edib. Başağa hökuməti də öz növbəsində Dbeyba hökumətinin “hakimiyyətdən bərk yapışdığını” və qeyri-legitim olduğunu bildirib.//Oxu.az