“Baykar” şirkəti Rusiyaya “Bayraktar” dronlarını satmayacaq

“Baykar” şirkəti Rusiyaya “Bayraktar” dronlarını satmayacaq backend

“Baykar Makina” Ukraynanı tamamilə dəstəkləyir və heç bir məbləğ qarşılığında Rusiyaya PUA satmaq niyyətində deyil".

“Report” xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Haluk Bayraktar BBC-nin Rusiya xidmətinə müsahibəsində bildirib.

“Pul bizim üçün prioritet deyil. Bizim biznesdə hədəfimiz pul və maddi resurslar deyil. Ukrayna ilə dostluğumuz və əməkdaşlığımız artıq illərdir ki, davam edir. Bu səbəbdən, bizə nə qədər pul təklif olunsa da, indiki vəziyyətdə Rusiyaya dron satmağımız mümkün deyil. Ukrayna çox ədalətsiz, aqressiv və əsassız hücuma məruz qalıb. Buna görə də heç bir məbləğ bizim Ukrayna ilə əməkdaşlığımıza kölgə sala bilməz və bu məsələdə bizim mövqeyimiz bəllidir”, - o deyib.

Onun sözlərinə görə, “Bayraktar” sistemləri 2018-ci ildən etibarən Ukraynada istifadə edilir. O həmçinin Ukrayna ilə müdafiə sənayesi sahəsində çox vacib layihələrin imzalandığını diqqətə çatdırıb.

loading...
Diaspora