Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında rus işğalçılarının Dnepropetrovsk vilayətində dəmiryol vağzalına endirdiyi zərbələr nəticəsində xeyli sayda ölənlərin olduğunu deyib.
Qaziler.az UNİAN-a istinadən məlumatına görə, dövlət başçısı raket zərbəsi nəticəsində azı 15 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını bildirib.