Britaniyanın Baş naziri Boris Conson Ukrayanın müstəqillik günündə Kiyevdə Prezident Vladimir Zelenski ilə görüşüb.
Baş nazir Twitter-də Ukraynada baş verənlərin hamı üçün vacib olduğunu bildirib.
"Ona görə də mən bu gün Kiyevdəyəm. Ona görə də Böyük Britaniya ukraynalı dostlarımızın yanında olmağa davam edəcək. Mən inanıram ki, Ukrayna bu müharibədə qalib gələ bilər və qazanacaq”,- deyə baş nazir bildirib.