Şoyqu: “Ukraynada hücum sürətinin ləngiməsi bilərəkdən verilmiş qərardır”

Şoyqu: “Ukraynada hücum sürətinin ləngiməsi bilərəkdən verilmiş qərardır” backend

Ukraynaya hücum sürətinin ləngiməsi bilərəkdən verilmiş qərardır. Xüsusi hərbi əməliyyat plan üzrə gedir.

Apa-nın  məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında bildirib.

 

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat zamanı hücumun sürətinin aşağı salınması mülki əhali arasında itkiləri minimuma endirmək istəyindən irəli gələn bilərəkdən verilmiş qərardır: "Rusiya xüsusi hərbi əməliyyat zamanı azad edilmiş ərazilərdə dinc həyatın bərqərar olmasına çalışır, Kiyev isə “yanmış torpaq” taktikasını tətbiq edir".

Şoyqu bildirib ki, Ukraynadakı münaqişə ABŞ-ın Rusiyaya qarşı iqtisadi və informasiya müharibəsi başlatması üçün növbəti bəhanəyə çevrilib: "Ukrayna Qərb tərəfindən Rusiyaya qarşı hibrid müharibənin aləti kimi seçilib. ABŞ və müttəfiqlərinin Ukraynaya silah tədarükü insan itkilərinin sayını dəfələrlə artırır, bu ölkə ərazisində hərbi münaqişəni uzadır".

Diaspora