Xersonda Rusiyanın 2 silah-sursat anbarı məhv edilib

Xersonda Rusiyanın 2 silah-sursat anbarı məhv edilib backend

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyanın 2 silah-sursat anbarını məhv ediblər.

Qaziler.az "Report"a istinadən bildirir ki, bu barədə Cənub” Əməliyyat Komandanlığının “Facebook” səhifəsində məlumat verilib.

Məlumata görə, həmçinin qarşı tərəfin 2 komanda məntəqəsi dağıdılıb.

“Tapşırıqların yerinə yetirilməsi çərçivəsində raket və artilleriya bölmələrimiz Çernobaevkadakı 247-ci desant-hücum alayının döyüş sursatı anbarını və komanda məntəqəsini, həmçinin Novovoskresenskoyedəki 331-ci hava desant alayının komanda məntəqəsini və sursat anbarını məhv edib”, - məlumatda yazılıb.

Həmçinin qeyd olunub ki, əməliyyat nəticəsində Rusiyanın 23 hərbçisi, 1 T-72 tankı məhv edilib.

loading...
Diaspora