“Qarşıdakı günlərdə İsrailə səfir təyin olunacaq”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.
“Sənədlər hazırlanır. Prezidentimizə bu barədə məlumat verəcəyik. İşlərimiz bitmək üzrədir. Artıq səfir təyinatları üçün namizədlərimiz var”, - o deyib.
“Fələstin İsraillə münasibətlərimizin normallaşmasında maraqlıdır. Fələstin dialoqun davam etməsini istəyir. Biz də qarşılıqlı dialoqun faydalarını görürük. Həm Fələstinlə bağlı mübarizəmizin davam etdirilməsi, həm də regional sabitlik üçün dialoq çox faydalıdır”, - nazir söyləyib.