Rusiya qoşunlarnın potensialı tükənib və onlar Ukrayna ərazilərini daha zəbt edə bilməyəcək - ISW

Rusiya qoşunlarnın potensialı tükənib və onlar Ukrayna ərazilərini daha zəbt edə bilməyəcək -  ISW backend

"Rusiyanın ən dərin hərbi problemi taktiki uğurlarını əməliyyat uğurlarına çevirmək bacarığının olmamasıdır"

"Ukraynanın 24 avqust Müstəqillik Günü ərəfəsində Rusiyanın işğalçı hakimiyyəti işğal etdiyi ərazilərdə filtrasiya və insanların oğurlanması tədbirlərini gücləndirib"

 

Rusiyalılar böyük ehtimalla hər hansı bir hücum əməliyyatına kifayət qədər resurslar ayıra bilməyəcək və hadisələr "gözlənilməz şəkildə" inkişaf etməzsə, yaxın aylarda Ukrayna ərazilərini zəbt edə bilməyəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibəni Öyrənən İnstitutunun (ISW) analitikləri yazıb.

 

Mütəxəssislər qeyd edib ki, Ukraynanın şərqində Rusiyanın hücum əməliyyatlarının iyulun sonunda olan impulsu tükənib.

 

Rusiyalııar Bahmut və Avdeyevka ətrafında əvvəlki uğurlarından mənfət götürə bilməyib, bu da Rusiyanın daha dərin hərbi probleminin-taktiki uğurları əməliyyat uğurlarına çevirmək qabiliyyətinin olmamasının nümunəsidir.

 

"Rusiya qüvvələri daima taktiki irəliləyişlərdən istifadə edərək, Ukraynanın arxa cəbhə rayonlarına manevr etməyə və ya Ukraynanın müdafiə sərhədlərinin xeyli hissəsini sıradan çıxarmağa müvəffəq olmayıb.

 

Ona görə də onlar daima ukraynalılara döyüşdən  çıxmağa və müdafiə mövqelərini bərpa etməyə zaman verib", - ISW qeyd edib və güman edib ki, bu qüsur, ehtimal ki, döyüş meydanında ciddi və gözlənilməz dəyişikliklər baş verməzsə, yaxın aylarda ərazi uğurlarına nail olmağa mane olacaq".

 

"Rusiya qüvvələri böyük ehtimalla hər hansı bir hücum əməliyyatına əməliyyat uğurlarına gətirə biləcək xeyli ərazi irəliləyişləri üçün lazım olan impulsu bərpa etməyə kifayət qədər resurslar ayıra bilməyəcək", - mütəxəssislər deyib.

 

ISW həmçinin aşağıdakı məlumatı yayıb:

 

- RF Silahlı Qüvvələri İzyumdan cənub-qərbə və cənub-şərqə doğru bir neçə yerüstü hücum həyata keçirməyə cəhd edib;

 

- rusiyalılar Severskdən cənub-şərqə və Bahmutdan şimal-şərqə və cənuba doğru yerüstü zərbələr endirib;

 

- Rusiya qüvvələri Donetskdən qərbə doğru məhdud uğur əldə edib, lakin Donetsk və Zaporojye vilayətlərinin inzibati sərhədinə zərbələr endirməyib;

 

- RF ordusu Donetskdən cənub-qərbə doğru uğursuz yerüstü hücumlara cəhd edib və Avdeyevkadan şimal-qərbə və cənub-qərbə doğru yerləşən yaşayış məntəqələrinə hücumları davam edib;

 

- rusiyalılar Xerson-Nikolayev cəbhə xəttində bir neçə hücum keçirərək Nikolayev şəhərindən şərqə doğru qismən irəliləyib;

 

- Ukraynanın 24 avqust Müstəqillik Günü ərəfəsində Rusiyanın işğalçı hakimiyyəti işğal edilən ərazilərdə filtrasiya və insanların oğurlanması tədbirlərini gücləndirib.

Diaspora