Ukraynada Təhlükəsizlik Xitmətinin rəisi başından güllə yarası ilə ölü aşkar edildi...

Ukraynada Təhlükəsizlik Xitmətinin rəisi başından güllə yarası ilə ölü aşkar edildi... backend

"Mərhum hələ məktəb illərindən öz həyatını xalqa xidmətə sərf etməyi arzulayıb..."

Şənbə günü, avqustun 20-də Kropivnitsk şəhərində UkraynaTəhükəsizlik Xidmətinin (UTX) Kirovoqrad vilayəti regional idarəsinin rəisi Aleksandr Nakoneçnı ölü tapılıb.

 

Moderator.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinə istinadən "УНИАН" nəşri məlumat yayıb.

 

Güc strukturu işçilərinin sözlərinə görə, UTX və Dövlət tədqiqatlar bürosu (DTB) Nakoneçnının ölüm şəraitini öyrənir.

 

"UTX və DTB  Kalininqrad vilayəti Təhlükəsizlik Xidməti İdarəsi rəisinin ölüm şəraitinin təfsilatlarını öyrənir. 

 

İnformasiya tam həcmdə toplandıqdan və təhlil edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

 

Alekdandr Semyonoviç Nakoneçnının doğmaları və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - USQ mətbuat xidmətinin rəhbəri Yiliya Tkaç məlumat verib.

 

Eyni zamanda Ukraynanın "Obozrevatel" ("İcmalçı") nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verib ki, Nakoneçnıda güllə yarası aşkar edilib, cəsəd isə şənbə günü, saat 22:50 radələrində mərhumun həyat yoldaşı tərəfindəm Tarkovski küçəsindəki mənzilində aşkar edilib.

 

İstintaqın ilkin məlumatına görə, Nakoneçnı öz tapançası ilə intihar edib.

 

İlkin versiyaya görə, mərhum yaşayış yerində olub və başına bir güllə vurub. Aldığı güllə yaralanmasından yerindəcə keçinib.

 

Alekdandr Nakoneçnı Kirovoqrad vilayəti Təhlükəsizlik Xidməti İdarəsinin rəisi vəzifəsinə 2021-ci ilin əvvəlində təyin edilib. Bu barədə fərman Zelenski tərəfindən 16 yanvar 2021-ci ildə imzalanıb.

 

O, son iki əvvəlki illərdə Kirovoqradda üçüncü rəis olub.

 

Alekdandr Semyonoviç Vinnitsı vilayətində polis ailəsində doğulub boya-başa çatıb. 

 

Müsahibələrinin birində deyib ki, hələ məktəb illərindən "öz həyatını xalqa xidməyə sərf etməyi arzulayıb".

 

Kirovoqradda vəzifəyə təyin edilməzdən öncə Nakoneçnı iki il UTX-nın Kiyev Baş İdarəsinin əkskəşfiyyat şöbəsində və on ildən artıq müddətdə korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsində işləyib. 

 

Polkovnik-leytenant rütbəsində olub.

Diaspora