Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş  SİYAHI backend

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 43 400 hərbçisini itirib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 856 tank, 4 115 zirehli döyüş maşını, 978 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 193 helikopter, 779 PUA, 187 qanadlı raket, 15 gəmi, 3 036 avtomobil texnikası və avtosistern, 91 xüsusi texnikadan ibarətdir.

Diaspora