İran Zəngəzurun Qafan şəhərinə baş konsul təyin edib

İran Zəngəzurun Qafan şəhərinə baş konsul təyin edib backend

İran Abedin Vəramini Ermənistanın Qafan şəhərinə baş konsul təyin edib.

İran İslam Respublikasının Ermənistandakı səfirliyi məlumatı təsdiqləyib və bu barədə əlavə məlumatın daha sonra veriləcəyini bildirib.

2021-ci il dekabrın sonunda İran hökuməti Xarici İşlər Nazirliyinin təklifini bəyənərək Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Qafan şəhərində baş konsulluğun açılması barədə qərar qəbul edib, lakin konsulluq hələ rəsmi olaraq açılmayıb. Konsulluğun, çox güman ki, bu il açılacağı ilə bağlı məlumatlar var.

Məlumat avqustun 11-i gecə saatlarında yayılıb və hələlik İran mediasında və Xarici İşlər Nazirliyinin rəsmi saytında bu barədə məlumat verilməyib. (oxu.az)

Mənbə: Armenpress

Diaspora