Rusiyanın Ukraynadakı müharibədə İTKİLƏRİ

Rusiyanın Ukraynadakı müharibədə  İTKİLƏRİ backend

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 43 200 hərbçisini itirib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 849 tank, 4 108 zirehli döyüş maşını, 975 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 193 helikopter, 778 PUA, 185 qanadlı raket, 15 gəmi, 3 021 avtomobil texnikası və avtosistern, 90 xüsusi texnikadan ibarətdir.

Diaspora