"Ukraynanın əks-hücumları artıq kreativ, düşünülmüş və səliqəlidir..." - Podolyak

"Ukraynanın əks-hücumları artıq kreativ, düşünülmüş və səliqəlidir..." - Podolyak backend

"Ukrayna ordusunun əsas dəyəri onun insanlarıdır..."

 

"Bütün ukraynalılar üçün Xersonun azad edilməsi prinsipial məsələdir..."

 

Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, ukraynalı hərbçilər artıq Xerson vilayətində əks-hücuma keçib. Amma onlar səliqəli, düşünülmüş və kreativ olaraq hərəkət edir, düşmənin döyüş hazırlığına təsir edən kritik mühüm obyektləri məhv edir.

 

Moderator.az xəbər verir ki, bu barədə o, "BBC Ukraina" nəşrinə verdiyi müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Ukrayna hər bir addımı planlaşdıraraq və əvvəlcədən onun səmərəliliyini dəyərləndirərək hərəkət edir.

 

"Biz, axı, Rusiya kimi döyüşmürük. O, böyük kolonlar formalaşdırır, nə qədər insanın həlak olmasından asılı olmayaraq, bir istiqamətə göndərir", - müşavir qeyd edib və vurğulayıb ki, Ukrayna ordusunun əsas dəyəri onun insanlarıdır və komandanlıq onları itirməmək üçün hər şeyi edir.

 

O, həmçinin deyib ki, Ukrayna rəhbərliyi təsəvvür belə etmir ki, "Xerson işğalçılarda qalacaq", bütün ukraynalılar üçün bu şəhəri işğaldan azad etmək prinsipial məsələdir.

 

Qeyd edək ki, belə taktika bəzi uğur gətirir. Ehtimal ki, Krımda baş verən partlayışlar Ukrayna hərbi komandanlığının planının bir hissəsidir.

 

Müharibəni öyrənən İnstitutun son məlumatında deyilir ki, İzyum yaxınlığında Ukrayna qoşunları əks- hücuma keçib, lakin Ukraynanın Baş Qərargahı  bu barədə məlumat verməyib.

 

"Ukraynalılara yalan danışırlar. Heç bir əks-hücum olmayacaq".

 

Konkret olaraq Xerson vilayətinə gəldikdə, Ukrayna Silahlı Qüvvələri artıq üç əsas körpünü sıradan çıxarıb və ya zədələyib, bu körpülərdən Rusiya qruplaşmalarının Xersonda və vilayətin sağ sahilində təchizatı həyata keçirilir. Bunlar Antonov avtomobil və dəmiryolu körpüləri, habelə Daryevka kəndində İnqulets çayı üzərində olan körpüdür. "УНИАН" nəşrinin məlumatına görə, növbə dördüncü körpüyə çatıb.

 

Ukrayna Silahlı Qüvvələri Kaxovka SES-i yaxınlığında körpüyə zərbə endirib, bu körpü rusiyalı hərbçilərinin logistik zəncirində mühüm həlqədir, hazırda o, istifadəyə yararsızdır", - nəşr "Cənub" operativ komandanlığının mətbuat mərkəzinə istinadən yazıb.

 

"Ölkə siyasəti" Telegram-kanalı körpünün atəşə tutulmasının görüntülərini dərc edib. Kadrlarda yolun zədələndiyi, lakin maşınların körpü üzərində hərəkət etdiyi görünür.

 

Kaxovka SES-in yaxınlığında yerləşən körpü Dnepr çayı üzərində olan üç körpüdən biridir və rusiyalı hərbçilər tərəfindən nəzarət edilir. 

 

Bu körpülərin mühüm strateji əhəmiyyəti var, çünki Dneprin sağ sahilində, o cümlədən Xersonda yerləşən Rusiya qruplaşmasının təchizatı bu körpülər vasitəsilə həyata keçirilir.

Diaspora