Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş sentybarda keçiriləcək.
Apa ahaber.com.tr-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki adı açıqlanmayan diplomat məlumat verib.
Qeyd edək ki, bu günə qədər Ankaranın təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 4 dəfə görüş keçirib.