"Rusiya hərbi bazalarının  Avropanın mərkəzində yerləşdirilməsi..." - Gələcək təhlükələrin anonsu

"Rusiya hərbi bazalarının  Avropanın mərkəzində yerləşdirilməsi..." - Gələcək təhlükələrin anonsu backend

Rusiya Federasiyası Avropanı təhdid və təhlükə altına almaqda davam edir.

Ukraynalı mənbədən Qaziler.az-a bildirilib ki, avqustun 8-də Rusiyanın Belqraddakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Botsan-Xarçenko Serbiyada Rusiya hərbi bazasının yaradılması ilə bağlı  vurğulayıb ki, bu, təkcə Belqradın “suveren” məsələsi deyil, həm də Rusiyanın özünün maraq dairəsindədir.

"Serbiyada Rusiya hərbi bazasının yaradılması həm Serbiya ilə qonşu ölkələr, həm də bütün Avropa İttifaqı üçün birbaşa təhlükə yaradır.

Xatırlatmaq yerinə düşər: Moskva Ukraynanın NATO-ya daxil olmasının Rusiya üçün birbaşa təhdid olması mövqeyində qalmaqda davam edir. Lakin Serbiyada rus hərbi kontingentinin yerləşdirilməsinin bu ölkə ilə həmsərhəd NATO dövlətləri, həmçinin NATO üçün təhlükə olduğu faktına göz yumur. 

Rusiyalı ekspertlər hesab edirlər ki, belə bazanın yaradılmasında yeganə məqsəd kəşfiyyat missiyaları və ətraf ərazilərə nəzarətdir. Beləliklə, Rusiya Serbiyadan Avropa qitəsinin dərinliyinə doğru irəliləmək, yeni cəbhə açmaq və bilavasitə Avropada hücum əməliyyatları aparmaq üçün istənilən an “fəallaşdırıla bilən” tramplin kimi istifadə etmək niyyətindədir.

Rusiya Federasiyasının bu istiqamətdə fəallığını artırması Serbiya ilə Kosovo arasında münaqişənin kəskinləşməsi ilə əlaqədardır. Kreml üçün Avropada potensial olaraq “qaynar fazaya” keçə biləcək əlavə təhlükələrin yaradılması indi çox əlverişlidir.

Rusiya hərbi bazalarının  Avropanın mərkəzində yerləşdirilməsi planları Rusiya Federasiyasının dünyada bir nömrəli terrorçu ölkə olmasını, dünyanı əsarət altına almaq istəyini, Ukraynadakı müharibənin isə Rusiya rəhbərliyinin sərsəm planlarının yalnız birinci mərhələsi olduğunu bir daha təsdiqləyir" - deyə Ukraynadakı mənbə gələcək ciddi təhlükələrin qaçılmaz olduğunu vurğulayıb.

Diaspora