Ukrayna Təhlükəsizlik Xidməti müdafiə naziri Aleksey Reznikov və Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova qarşı sui-qəsd planlaşdıran killerləri saxlayıb.
Apa xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin saytında yayımlanmış məlumatda bildirilib.
Qeyd olunub ki, qurumun əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Ukrayna hərbi-siyasi rəhbərliyinə qarşı sui-qəsd planlaşdıran Rusiya kəşfiyyatçılarından ibarət təxribat və müşahidə qrupu zərərsizləşdirilib.
Vurğulanıb ki, qrupun tapşırığı Reznikov və Budanovla yanaşı, tanınmış ukraynalı aktivistin qətlə yetirilməsi olub. Məlumatda o da qeyd olunub ki, qrup üzvlərinə hər qətlə görə 100-150 min ABŞ dolları ödəniləcəyi vəd edilib.