Rusiya ordusu Ukraynanın qəsəbələrini tərk edir

Rusiya ordusu Ukraynanın qəsəbələrini tərk edir backend

Rusiya ordusu şəxsi heyətini Ukraynanın Zaporojye əyalətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələrinin ərazisindən çıxarır.

Bu barədə “Report” Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.

"İyulun 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin işğalçıların hərbi qüvvələrinin Zaporojye vilayətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələri yaxınlığında yerləşdiyi əraziyə endirdiyi zərbələrdən sonra Rusiya hərbçiləri canlı qüvvə və texnikanı başqa mövqelərə aparıblar. 40-a yaxın yaralı Poloqi şəhərindəki xəstəxanaya aparılıb. Hərbi bölmələr demək olar, Çerniqovkadan çıxarılıb”, - məlumatda deyilir.

Qeyd edilir ki, yaşayış məntəqələrinin yaxınlığında bir neçə keçid məntəqəsi və 100-dən az hərbçi var. Rusiya hərbçilərinin qalan hissəsi texnika ilə birlikdə Tokmak və Berdyansk şəhərlərinə göndərilib.

"Rusiya hərbçiləri yaşayış məntəqələrini tərk edərkən planlı rotasiya təəssüratı yaratmağa çalışırlar. Əslində, işğalçılar kəndi tamamilə tərk etmək niyyətindədirlər və giriş yollarını minalamağa başlayıblar", - Ukrayna Silahlı Qüvvələri bildirib.

Diaspora