Ukraynanın Odessa limanında taxılla yüklənmiş ilk gəminin çıxışı yəqin ki, sabah baş tutacaq.
Trend xəbər verir ki, bunu "Kanal7" telekanalının efirində Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, bütün hazırlıqlar tamamlanıb və ilk gəmi sabah Odessa limanını tərk edə bilər.