Rusiya Qara dəniz Donanması Sevastapolda qərargah ərazisinə zərbə endirildiyini təsdiqləyib.
Apa-nın xəbərinə görə, Donanmanın mətbuat xidməti kiçik pilotsuz uçuş aparatına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsinə binalardan birində şüşələrin sındığını və 5 nəfərin yaralandığını açıqlayıb.
Qeyd edilib ki, yaralılara zəruri tibbi yardım göstərilib.
***
saat 09.30
Rusiyanın Qara dəniz Donanmasının qərargahına pilotsuz uçuş aparatından zərbə endirilib.
APA-nın xəbərinə görə, bu barədə Sevastapol qubernatoru Mixail Razvojayev “Telegram”da paylaşım edib.
Nəticədə 5 nəfər yaralanıb.
Təhlükəsizliklə əlaqədar Rusiya Hərbi-Dəniz Donanması Gününə həsr olunmuş təntənəli tədbirlər ləğv edilib.
Ukrayna Baş Qərargahı hələlik məsələ ilə bağlı məlumat yaymayıb.