Ukrayna kəşfiyyatı: “Həbsxananı “vaqnerçi”lər partladıb”

Ukrayna kəşfiyyatı: “Həbsxananı “vaqnerçi”lər partladıb” backend

“Olenivkada ukraynalı müdafiəçilərin qətli qəsdən törədilmiş terror aktıdır".

 

Bunu Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) açıqlayıb.

 

“Həbsxananın qəsdən dağıdılması “Vaqner” özəl hərbi şirkətinin muzdluları tərəfindən, birbaşa Yevgeni Priqojinin əmri ilə həyata keçirilib. Terror aktının əsas məqsədi ukraynalı hərbi əsirlərin saxlanması üçün ayrılan vəsaitin tam oğurlanması faktlarını gizlətməkdir. Məlumdur ki, avqustun 1-də “obyekt”ə ayrılan vəsaitin xərclənməsini və məhbusların saxlanma şəraitini yoxlamaq üçün Moskva üzrə komissiya gəlməli idi”, - açıqlamada deyilir.

 

İdarə bildirib ki, təxribatın digər məqsədi Ukraynada sosial gərginliyi artırmaqdır:

 

BKİ beynəlxalq qurumlardan Olenivka hadisələri ilə bağlı sərt mövqe nümayiş etdirməyi tələb edir.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin “aşpazı” kimi də tanınan Y.Priqojının adı Rusiyanın “troll fabrikası” ilə yanaşı, Suriya, Liviya, Mərkəzi Afrika Respublikası və digər ölkələrdə vətəndaş müharibələrində və hərbi cinayətlərdə iştirak edən qalmaqallı “Vaqner” özəl hərbi şirkətinin yaradılması ilə əlaqələndirilir.

 

Hazırda “Vaqner” dəstəsi Ukraynaya hərbi təcavüzdə iştirak etməklə birlikdə Rusiya ərazisində şovinist, yoxsul və ya məhkumluğu olanlar arasında qeyri-rəsmi səfərbərlik fəaliyyəti ilə də məşğul olur. (report.az)

Diaspora