Ukrayna hərbi əsirlərə görə BMT-yə çağırış edib - YENİLƏNİB

Ukrayna hərbi əsirlərə görə BMT-yə çağırış edib -  YENİLƏNİB backend

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ukraynalı hərbi əsirlərin saxlanıldığı Yelenovkadakı həbsxanaya zərbə ilə bağlı BMT-yə çağırış edib.

APA xəbər verir ki, ukraynalı nazir bu barədə "Twitter"də bildirib.

“Azovstal”dan ukraynalı hərbçilərin təxliyəsinə şərait yaratmış BMT-ni Rusiyanı Yelenovka həbsxanasını atəşə tutduğuna görə qətiyyətlə qınamağa və bu dəhşətli cinayətin bütün faktlarını müəyyən etmək üçün əraziyə səfər etməyə çağırıram. Mən həmçinin BQXK-nı ukraynalı bütün hərbi əsirlərin vəziyyətini yoxlamağa çağırıram", - nazir vurğulayıb.

***

15.43

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Yelenovkada ukraynalı hərbi əsirlərin saxlanıldığı həbsxananı vurmadıqlarını bəyan edib.

APA xəbər verir ki, o, bu barədə "Twitter"də bildirib.

O, Rusiyanı Yelenovkada ukraynalı hərbi əsirlərin saxlanıldığı islah müəssisəsini atəşə tutmaqda ittiham edib.

XİN rəhbəri, Ukraynanın tərəfdaşlarının beynəlxalq humanitar hüququn pozuntusunu qətiyyətlə pisləməyə və Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırış edib.

Xatırladaq ki, bu gün qondarma "DXR"in sözçüsü bildirib ki, Ukraynanın HİMARS raketləri ilə Yelenovkadakı həbsxananı vurması nəticəsində 53 ukraynalı hərbi əsir həlak, 75 nəfər yaralanıb.

Diaspora