Ruslar bütün Ukrayna ərazisinə raket zərbələri endirib - Kiyev, Çerniqov, Xarkov...

Ruslar bütün Ukrayna ərazisinə raket zərbələri endirib - Kiyev, Çerniqov, Xarkov... backend

İyulun 28-də, Ukrayna Dövlətçiliyi Günündə Rusiya bütün Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib.

Ukrayna  mənbələrindən Qaziler.az-a bildirilib ki, Kiyev, Çerniqov vilayətlərinə, Xarkov və Nikolayevə 20-dən çox raket atılıb. Təhsil müəssisələri və yaşayış yerləri dağıdılıb.

"Kreml hücumları ilə öz hərəkətlərinin terror xarakterli olduğunu və ilk növbədə hədəfə alınan Ukraynanın dinc əhalisini qorxutmaq istəyini bir daha təsdiqləyir" - deyə mənbə bildirib. 

"Bu gün milyonlarla ukraynalı tərəfindən xüsusi coşqu ilə bayram edilən Ukraynanın Dövlətçilik Günü çox minilliklər boyu qeyd olunacaq" - deyə mənbə vurğulayıb.

Xatırladaq ki, indiyə qədər rus ordusunun ümumi  canlı qüvvə itkiləri təxminən 40.230 nəfərdir.

Həmçinin rusların 1 742 ədəd tankı, 3 979 ədəd zirehli döyüş maşını, 894 ədəd artilleriya sistemi, 258 ədəd reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 ədəd hərbi təyyarəsi, 190 ədəd helikopteri, 174 qanadlı raketi, 2 854 ədəd nəqliyyat vasitəsi və avtoçəni, 15 ədəd gəmi-kateri, 729 ədəd dronu və 75 ədəd xüsusi texnikası məhv edilib.

 

Diaspora