Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib - FOTO

Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib - FOTO backend

Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqın şimalında yerləşən Süleymaniyə bölgəsində növbəti antiterror əməliyyatı keçirib.

Qaziler.az ensonhaber.com-a istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Berivan Zilan kod adlı Xədicə Həzər məhv edilib. 

Məlumata görə, ərazidəki kəşfiyyat mənbələri terrorçunun yerini müəyyənləşdiriblər. Bundan sonra o, nöqtə əməliyyatları nəticəsində zərərsizləşdirilib.

Terrorçu PKK-nın “şura” üzvü kimi fəaliyyət göstərirmiş.

Keçmiş HDP Van millət vəkili Tuğba Hezer Öztürkün bacısı olduğu qeyd edilən Hezerin qardaşının da 1998-ci ildə təhlükəsizlik qüvvələri ilə qarşıdurmada zərərsizləşdirildiyi bildirilib.

Diaspora