Müharibədə həlak olan daha 25 ukraynalı hərbçinin nəşi Ukraynaya qaytarılıb.
Qaziler.az UNİAN-a istinadən bildirir ki, meyitlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq aparılıb.
Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyinin "Telegram" səhifəsində bildirilib.
"Həlak olan hərbçilərin cəsədlərinin qaytarılması üçün növbəti əməliyyat keçirilib. Ukrayna daha 25 müdafiəçisinin nəşini qaytarıb" - məlumatda bildirilir.