Taxıl daşınmasına dair sazişin imzalanması ilə tarixi uğura verdiyimiz qatqı Türkiyənin əhəmiyyətli ölkə olduğunu göstərdi.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, sazişin imzalanmasına dair müzakirələr çox həssas formada davam edib.
Ərdoğan Odessa limanına endirilən raket atəşlərinin təəssüf doğurduğunu, baş verə biləcək uğursuzluğun hamının əleyhinə olacağını vurğulayıb: “Onların atdıqları imzalara və üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmaqlarını istəyirik”.
Türkiyə lideri Ukraynada ədalətli və daimi sülhə də nail olunacağına ümid etdiyini deyib.