Rusiyaya məxsus artilleriya sistemləri bu gün Odessaya daha bir neçə raket zərbəsi endirib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı “Cənub” operativ komandanlığına istinadən məlumat yayıb.
Məlumata əsasən, raket zərbələri nəticəsində dəniz ticarət limanına ciddi ziyan dəyib. İtkilər barədə məlumat verilməyib.
Qeyd edək ki, Odessa limanı ötən gün də hədəfə alınmışdı.