Rusiya Odessanı zəbt etmək istəyir: hücum tarixi bəllidir

Rusiya Odessanı zəbt etmək istəyir: hücum tarixi bəllidir backend

"Növbəti ildə ukraynalılar Rusiyanın daha bir çox ciddi hücumu ilə üzləşə bilər..."

 

"Kreml Odessaya müharibənin növbəti mərhələsində başlıca strateji mükafatı kimi hədəflənib..."

 

"Tezliklə Ukraynanın şərqində rusiyalıların nəfəsi kəsiləcək və ukraynalılar cavab zərbəsi endirəcək..."

 

Rusiya Ukraynaya Odessanı zəbt etmək və ölkəni Qara dənizdən ayırmaq üçün geniş hücum hazırlayır.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerika və Avropa məmurları arasında bir neçə mənbələrə istinadən "Foreign Policy" jurnalı məlumat yayıb.

 

"Güman edilir ki, növbəti ildə ukraynalılar Rusiyanın daha bir çox ciddi hücumu ilə üzləşə bilər. Və biz bunun qarşısını almaq üçün onlara təkcə avadanlıqla deyil, həm də insanlarla, yeni, yaxşı təlim keçmiş insanlarla da yardım etmək üçün hər şeyi etməliyik", - nəşrin həmsöhbətlərindən biri deyib.

 

Güman edilir ki, Rusiya şəhərin zəbt edilməsi planını 2023-cü ilin əvvəlində gerçəkləşdirməyə cəhd edəcək.

 

ABŞ və Avropa İttifaqından məmurlar güman edir: Kreml Odessaya "müharibənin növbəti mərhələsində başlıca strateji mükafatı" kimi hədəflənib.

 

Ukrayna Ali Radasının Odessa vilayətindən olan deputatı Aleksey Qonçarenko da belə hesab edir. "Odessa, görünür, ən başlıca məqsəddir. Ona Qara dənizin şimal hissəsi lazımdır. O, Dnestryanıya dəhliz istəyir", - deputat nəşrin jurnalistləri ilə söhbətində deyib. Lakin, onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Rusiya qoşunlarının Donbasdakı hərbi əməliyyatlarından özünə gəlməyincə Odessaya hər hansı hücum gerçəkləşdirə bilməz.

 

Bu arada isə Britaniyanın Mİ-6 kəşfiyyatının rəhbəri Riçard Murun fikrinə görə, Rusiyanın Ukraynanın şərqindəki hücumu boğulmaq üzrədir.

 

"Düşünürəm ki, tezliklə onların nəfəsi kəsiləcək. Onlar hansısa fasilə götürməli olacaq, bu da ukraynalılara cavab zərbəsi endirməyə imkan verəcək", - o, belə deyib, Rusiya ordusunun Ukraynaya hərbi müdaxiləsini Avropada ikinci dünya savaşından bəri ən açıq və biabırçı təcavüz aktı adlandırıb.

 

Onun sözlərinə görə, Moskva özünün ilkin məqsədlərinə-Kiyevi zəbt etmək, Ukrayna hökumətini və prezidentini devirmək, NATO-da nifaq salmaq məqsədlərinə nail olmaqda iflasa uğrayıb. İndi Rusiya öz diqqətini Ukraynanın şərqinədək daraldıb, orada "taqətdən düşənədək qanlı savaş" aparır.

 

Bu günlər Rusiya XİN rəhbəri açıq şəkildə bəyan edib ki, Rusiyanın Ukraynadakı maraqları üzdəniraq tanınmayan DXR və LXR respublikaları" ilə məhdudlaşmır.

 

"Bu həm də Xerson vilayəti, Zaporojye vilayəti və bir sıra digər ərazilərdir, bu proses davam edir, həm də ardıcıl  və inadla davam edəcək".

Diaspora