Ukrayna, Türkiyə və BMT nümayəndələri taxıl ixracına dair saziş imzalayıb.
"Report" xarici teleqram kanallarına istinadən xəbər verir ki, sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar.
Analoji sənədi bu gün Türkiyə və BMT Rusiya nümayəndələri də imzalayacaq.
Qeyd edək ki, sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.